IQNA

21:59 - July 06, 2012
Xəbər sayı: 2362006
Quran üzrə fəaliyyətlər qrupu: Türkiyədə Qurani-Kərim Hafizlərinin dəyərləndirmə mərasimi iyul ayının 2-də Elbistan şəhər Dini Mərkəzinin həmkarlığı ilə keçirildi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiyanın Qərb və Cənub-Qərb region şöbəsinin verdiyi xəbərə görə Əbdüssəməd Pat – Elbistanın dini alimi, bu barədə deyib: Belə bir mərasimin keçirilməsi bizim fəxrimiz və şərəfimizdir. Bu cür cavanların tərbiyə olunması bizim dünya və axirətimizin xeyir və bərəkət səbəbidir.
Məhəmməd Gövhər – Dini alim, Quranın bütün insanlar üçün Qiyamət gününə qədər əsas mehvər olduğuna işarə edərk dedi: Quran qiraəti olan yerdə xeyir və bərəkət vardır. İndi burada mənəvi bir süfrə açılmışdır. Quran insanları hidayət etmək üçün nazil olmuşdur. Və hər kəs ondan öz payı qədər bəhrələnəcəkdir.
Qeyd edək ki, bu mərasimdə beş nəfər hafiz mükafatlandırıldı. Sonda isə cavan hafizlər Quran tilavət etdilər.
1044482
Ad:
E-poçt:
* Comment:
* captcha: