İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiyanın Qərb regionu şöbəsinin verdiyi xəbərə görə bu əzadarlıq məclisi sentyabrın 12-də Zöhr və Əsr namazlarından sonra Zeynəbiyyə məscidində keçirilmişdir.
Mərasimdə Həmid Turan – məscidin camaat imamı, İmam Sadiqin (ə) sirə və əxlaqi fəzilətlərindən danışaraq İslam fiqhinin O həzrətin elminə borclu olduğunu demişdir.
O dedi: Bu gün bütün İslam dünyası İmam Sadiqin (ə) şəhadəti münasibəti ilə hüzn içindədir. Bütün şiələr İmam Sadiqin (ə) həyat rərzini öz yaşayışlarında ünvan etməlidir və ondan həyat dərsi almalıdırlar.
Mərasim mərsiyə və növhələr oxumaqla sona çatıb.
1097623