IQNA

Səudiyyəlilər Ərəbistanın "Əl-Əvamiyyə" şəhərində şiə məscidini dağıdıblar

7:25 - September 18, 2012
Xəbər sayı: 2413855
Beynəlxalq qrup: Səudiyyə silahlı qüvvələri şeyx Nəmr Baqir Nəmrin namaz qıldığı "Eynul-İmamul-Huseyn (ə)" məscidini dağıdıblar.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Əl-Aləm xəbər kanalına istinadən verdiyi xəbərə görə Səudiyyə silahlı qüvvələri şeyx Nəmr Baqir Nəmrin namaz qıldığı "Eynul-İmamul-Huseyn (ə)" məscidini dağıdıblar.
Şeyx Nəmr neçə aydır ki, Ərəbistan həbsxanasındadır.
Ərəbistan qüvvələri ilk öncə şeyx Nəmri ayaq nahiyəsindən yaralayıb sonra isə həbs ediblər. Onun həsxanadakı vəziyyəti heç də ürək açan deyil.
Səudiyyəlilər əl-Əvamiyyə camaatının Peyğəmbəri (s.ə) təhqir edən filmə etiraz aksiyası keçirdiyi zaman bu məscidi dağıdıblar.
Şahidlərin sözlərinə görə, onlar bulduzerlər və zirehli maşınlarla məscidi dağıdıblar.
Ərəbistan polisi ötən çərşənbə axşamı günü məscidin rəhbəri Hacı Məcidhəsən Nəmri polislərə məscidi ələ keçirməyə imkan yaratmadığı üçün həbs etmişdilər.
Onlar camaatı təhdid ediblər ki, ya məscidi dağıdacaqlar və ya onu həbsxanada saxlayacaqlar.
Eynu-İmam Huseyn (ə) məscidi əl-Əvamiyyə şəhərinin qəbirsanlığı yaxınlığında əd-Dəvaxi məhəlləsində yerləşir. Məscidi Hacı Məcidhəsən Nəmr inşa edib və o da məscidə rəhbərlk edir. Hacı Məcidhəsənin fikrincə məscidin yeri İmam Hüseynə (ə) vəqf olunub. Amma bir nəfər məscidin yerinin ona məxsus olduğunu iddia edib. Səudiyyə rəhbərlərinin camaatı təhdid etməsinin də səbəbi elə budur.
Bir çox şəhər əhalisi məscidin yerinin heç bir kəsə məxsus olmadığına şəhadət veriblər.
1099146
captcha