IQNA

Çeçenistanda qadınlara məxsus ilk İslam mədrəsəsi açıldı

16:54 - September 25, 2012
Xəbər sayı: 2419685
İctimai şöbə: Çeçenistanın “Şalinski” bölgəsində İslam və Quran maariflərini öyrətmək məqsədi ilə qadınlara məxsus ilk İslam mədrəsəsi açıldı.
İQNA xəbər agentliyinin məlumatına əsasən, açılış mərasiminin əvvəlində Şalinski bölgəsinin qarilərindən biri Quran tilavət etdi. Mərasimin davamında oxunan dini ilahilər iştirakçıların sevincinə səbəb oldu.
Açılış mərasimində Çeçenistanın dini işlər üzrə məsul işçiləri, təhsil naziri , bölgənin icra başçısı, bir çox dini qrumların nümayəndələri, dini mədrəsə tələbələri və bölgə müsəlmanları iştirak edirdi.
1106418.
captcha