IQNA

Hindistanda İmam Zaman (ə.c) adına İslam mədrəsəsi açılıb

22:12 - October 17, 2012
Xəbər sayı: 2433665
İctimai qrup: Hindistanın Utarpradeş əyalətinin Ləkhnou şəhərində İslam Maarifini uşaq və yeniyetmələrə təlim vermək üçün İmam Zaman (ə.c) adına İslam mədrəsəsi açılıb.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Qərbi Asiya regionu üzrə şöbəsinin verdiyi xəbərə görə oktyabr ayının 14-də açılan bu İslami mədrəsədə İslam dininin əsasları, əqidələri və hökmləri öyrədiləcəkdir.
Bu mədrəsənin dərsləri hər gün İslam elmləri tələbələrinin vasitəsi ilə tədris ediləcəkdir.
1120463
captcha