IQNA

İraqda İranlı zəvvarların avtobusu partladıldı

22:04 - October 27, 2012
Xəbər sayı: 2438634
Sağlamlıq qrupu: İİR-in Beynəlxalq Qırmızı Aypara cəmiyyətinin Müqəddəs Məkanların Ziyarəti idarəsi rəisinin müavini dedi: İraqda bu gün (27 oktyabr) İranlı zəvvarların avtobusunun partladılması üç şəhid və 16 yaralı ilə nəticələndi.
Əli Heydəri - İİR-in Beynəlxalq Qırmızı Aypara cəmiyyətinin Müqəddəs Məkanların Ziyarəti idarəsi rəisinin müavini, İQNA (İran Quran Xəbər Agentliyi) ilə müsahibəsində deyib: İraqda bu gün (27 oktyabr) Kaşandan yola çıxmış İranlı zəvvarların avtobusunun partladılması üç şəhid və 16 yaralı ilə nəticələndi.
Bu ziyarət karvanı azad və Həcc və Ziyarət idarəsindən icazəsiz karvan olmuş və partlayış nəticəsində 19 nəfər yaralanmışdır ki, onların üçü şəhid olmuş və 16 nəfər xəstəxanaya yerləşdirilmişdir. İlk tibbi yardımdan sonra 5 nəfər buraxılmış və 11 nəfər xəstəxanda yatmalı olmuşdur.
Şəhidlərdən 2 xanım və 1 nəfəri kişidir.
Xəbərə əsasən şəhidlərin adı açıqlanıb: Məsud Əlizadə, Məsumə Nəsrabadi və Seyid Məhəmməd Pazəban.
Yaralılar: Seyid Hüseyn Pazəban, Tahirə Hüseyni, Həsən Məzrui, Fatimə Daneşvəri, Husam Səlmani, İsmail Hacixani, Əkrəm Məhəmmədi, Fatimə Həmami, Arif Cəmali, Əhməd Can Cani.
1126898 – 1127114
captcha