İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Onİslam" saytına istinadən verdiyi xəbərə görə ümumi sorğular göstərir ki, Barak Obama Amerikanın noyabr ayının 6-da keçiriləcək 57-ci prezident seçkilərində müsəlmanların səsini əldən vermişdir.
2008-ci ildə keçirilən prezident seçkilərində amerikada yaşayan hər 10 müsəlmandan 9 nəfəri Obamaya səs vermişdi.
Bunun səbəbi isə Amerikanın müsəlmanlara hücumları, Pakistan və Əfqanıstanda axıdılan müsəlman qanları, israilin Qəzzəyə hücumlarının çoxalması, Suriyanın böhrana düşməsi və başqa bu kimi məsələlərdir.
Eyni halda müsəlmanlar Obamanın rəqibi Ramneye də səs verməyə maraqlı və meyilli deyildirlər. Çünki o da bir zaman Corc Buşun xarici siyasətinin tərəfdarı olmuşdur.
1129775