IQNA

Hindistanda İslam Təbabəti Tibbi Təlim Kursları keçiriləcək

10:27 - November 05, 2012
Xəbər sayı: 2442841
Təfəkkür qrupu: Hindistanın Utatperadeş əyalətinin "Aligarh" (Əligərh) şəhər İslam Universiteti tərəfindən noyabr ayının 6-da həmin universitetdə İslam Təbabət Tibbi Təlim Kursları keçiriləcək.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Asiyanın Qərb regionu üzrə şöbəsinin verdiyi xəbərə görə bu İslam Təbabət Tibbi Təlimi Kurslarında insan məzaclarının tanınması, insanın təbi və daxili meyli, düzgün və pak olmayan qidalanmanın sağlamlığla əlaqəsi və bundan yaranan xəstəliklər, Hindistandan yayılmış təbabət növləri, sağlam qidalanma yolları, qidalanmanın stress və həyacanlanmanın kontrol edilməsində rolu və başqa tibbi problemlərin İslamda həlli kimi məsələlər müzarikərə ediləcəkdir.
Bu İslam Təbabət Tibbi Təlimi Kurslarında Tibbi elmi üzrə alim və mütəxəssislər deyilən ünvanlar əsasında bəhs edəcəklər.
Bu təlim kursları alimlərin, həkimlərin və İslam elmləri mütəxəssislərinin iştirakı ilə keçiriləcəkdir.
1130728
captcha