İQNA-nın (İran Quran Xəbər Agentliyi) "mooslym" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Amerika İslami Əlaqələr Şurası (CAİR) tərəfindən aparılan tədqiqatlara əsasən Amerikada son on ildə məscidlərin sayı nəzərəçarpacaq qədər çoxalıb.
Amerika müsəlmanlarının hüquqlarından müdafiəni üzərinə götürmüş bu şura tədqiqatdan sonra " The American Mosquée 2011" adı altında hesabat yayaraq xəbər verib: ABŞ-ın 50 əyalətində 2106 məscid var ki, bu 2000-ci ilə nisbətdə 74 faiz artım deməkdir.
2001-ci ilin 11 sentyabr hadisəsinə qədər ABŞ-da 1209 məscid var idi ki, bu hadisədən sonra və keçən 10 il ərzində sürətlə çoxalmışdır.
Hesabata əsasən Nyu-Yorkda 192, Kaliforniyada 120, Tegzasda 166 və Florida ştatında 118 məscid inşa edilmişdir.
Ehsan Bağəbi – CAİR-in tədqiqatçısı, deyib: ABŞ müsəlmanları enerjili və həmişəkin daha da çox və qüdrətli şəkildə müxtəlif ictimai ərsələrdə fəaliyyət göstərirlər.
Hər halda Hartford İslami Tədqiqat müəssisəsinin verdiyi hesabata əsasən ABŞ-da 322 min kilsəyə qarşı bu sayda məscid olması çox azlıq təşkil edir. Bu o haldadır ki, Barak Obama 2009-cu ildə çıxışında ABŞ-ın müsəlmanlarının sayını 7 milyon elan etmişdi.
1158996