IQNA

İmam Musa Sədrin indiyədək yayılmamış çıxışı "Xeymə"də çap edildi

23:32 - December 24, 2012
Xəbər sayı: 2469604
Ədəbiyyat qrupu: "Xeymə" aylıq jurnalının yeni sayında Livan Şiələrinin Dini Rəhbəri İmam Musa Sədrin indiyədək yayılmamış çıxışı və Ayətullah Xoi ilə görüşündən şəkili çap edilib.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Livan Şiələrinin Dini Rəhbəri İmam Musa Sədrin İsfahanın İmadzadə Hüseyniyyəsində etidyi və indiyədək yayılmayan çıxışı tapılıb.
İmam Musa Sədr bu çıxışında Livandakı fəaliyyətinin ilk illərindən demədiyi maraqlı və eşidiləsi sözlər və işlərdən danışıb.
Bu çıxışın bir hissəsində deyilir: "Mən ön cəbhədə vuruşan bir əsgərəm. Arxayın olun ki, 5 ildən çox mənim canım əlimdə olmuşdir. Əlbəttə bu illərdə çox işlər görülüb. Çox fədakarlıqlar və çox xətərlər olub. Bir gün səhər mən yuxudan oyandım və görüm ki, bir nəfər başımın üstə silahla durub və çantamı da əlinə almışdır... Mənim üçün bu cür hadisələr çox baş verib. Amma Allah məni qorumuşdur".
Livan Şiələrinin Dini Rəhbəri İmam Musa Sədrin İsfahanın İmadzadə Hüseyniyyəsində etidyi və indiyədək yayılmayan çıxışı və Ayətullah Xoi ilə görüşündən olan şəkili "Xeymə" jurnalının 94-cü sayında çap edilmişdir. Jurnalı İİR-in bütün qəzet köşklərindən əldə edə bilərsiniz.

1159625
captcha