IQNA

Fransız jurnalı ikinci dəfə müqəddəs İslam Peyğəmbərini təhqir etdi

19:39 - January 03, 2013
Xəbər sayı: 2474874
Beynəlxalq qrup: "Charles Abdo" Fransız jurnalı bu gün yanvar ayının 2-də həyasızcasına atdığı bir addımda müqəddəs İslam Peyğəmbərinin (s) təsvirli həyat dastanını nəşr etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "ria" xəbər agentliyinin saytına istinadən verdiyi xəbərə görə alçaldıcı Fransız jurnalı "Charles Abdo" bu gün yanvar ayının 2-də həyasızcasına atdığı bir addımda müqəddəs İslam Peyğəmbərinin (s) təsvirli həyat dastanının birinci hissəsini öz rəsmi internet səhifəsində nəşr edərək satışa çıxartdı.
Bu həftəlik jurnal iddia edir ki, bu iş sırf təlim xarakterli olmuş və təsvirli dastanı hazırlamaqda müsəlmanların etibarlı kitablarından istifadə etmişdir!
Bu bir haldadır ki, Peyğəmbərin (s) bir dastan obrazı kimi qələmə alınması, özü də yumor və satira jurnalında təhqir sayılır və İslam dünyasının narahatçılığına səbəbdir.
Bu saytda məlum təsvirli dastanın hələki çap nüsxəsinin satışa buraxıldığı haqda məlumat yoxdur.

1165657
captcha