IQNA

Türkiyədə qadın vəkillər üçün hicab qadağası ləğv edildi

12:36 - January 29, 2013
Xəbər sayı: 2488078
Beynəlxalq qrup: Türkiyənin Ali Baş Məhkəməsi bu ölkənin qadın vəkilləri üçün məhkəmə iclaslarında öz dini hicablarını qorumalarını azad elan edərək qadın vəkillər üçün hicab qadağasını ləğv etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "AJİB" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Türkiyə Ali Baş Məhkəməsi bu ölkənin qadın vəkillərinə məhkəmə iclaslarında və öz iş yerlərində dini hicablarını qorumalarına icazə verərək qadın vəkillər üçün hicab qadağasını ləğv etdi.
Bu qanun bir qadın vəkilin hicabına görə işdən kənarlaşdırılması ilə bağlı şikayətinin ardınca icra olunmuşdur. Vəkil ölkənin Ali Məhkəməsindən tələb etmişdir ki, hicab qadağası məsələsinə qadın vəkillərlə bağlı yenidən baxılsın.
Bundan sonra Türkiyənin qadın vəkilləri bütün səhnələrdə hicabla iştirak edə biləcəklər.
Qeyd edək ki, Türkiyədə 75 milyon müsəlmanın olmasına baxmayaraq yenə də İslami geyimlərin qorunmasından bu ölkənin xanımları müxtəlif məhdudiyyətlər və maneələrlə qarşı-qarşıyadırlar.

1179162
captcha