İQNA-nın (İran Quran Xəbər Agentliyi) Liviyanın rəsmi xəbər agentliyinə istinadən verdiyi xəbərə görə bu yarışlar kişilər və qadınlara ayrılmış iki qrupda keçiriləcəkdir.
Yarışlarda müxtəlif yaşlarda olan Quran Qariləri və Hafizləri iştirak edəcəklər. Yarışlar mart ayının 2-dək davam edəcəkdir.
Liviyanın müxtəlif regionlarından olan 60 Quran Hifzi Mərkəzi iştirak edəcəkdir. Quran yarışları Quranın kamil hifzi, 15 cüz hifzi və Quranın dörddə birinin hifzi üzrə qadın və kişilər arasında keçiriləcəkdir.
Salim Əli Məryəmi – Trablosun "Eyn Zarə" şərq regionu üzrə Vəqflər İdarəsinin Nəzarət rəisi, dedi: bu yarışlar bu il Fatimə Əli Əs-Suveyhli (70 yaş) və Əbdülkərim Xeyri Əqilə (9 yaş) kimi ən böyük və ən kiçik yaşlı hafizlərin iştirakı ilə keçiriləcəkdir.
1193993