IQNA

Kəraçidə Şiələrin qətliamından sonra ümumi matəm elan edilib

7:06 - March 05, 2013
Xəbər sayı: 2506178
Beynəlxalq qrup: Pakistanın Kəraçi şəhərində törədilən ən qanlı terror hadisəsindən sonra - ki, 45 nəfərin şəhid olmasına səbəb oldu, Pakistan rəhbərləri dünən (4 mart) ümumi matəm elan ediblər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "Dawn" qəzetinə istinadən verdiyi xəbərə görə ötən günü (3 mart) Pakistanda törədilən hadisə bu ölkənin tarixində iz qoyub. Bu qanlı hadisə 45 nəfərin şəhadəti və 130 -dan çox insanın yaralanması ilə nəticələnib.
Pakistanın iqtisadi paytaxtı Kəraçi şəhərində ümumi matəm elan edilib.
Məktəblər, ticarət mərkəzləri və bazarlar bağlanıb.
Yerli hakimiyyət bu günü matəm günü elan edib və şiələr də şəhidlərin xatirəsinə üç gün matəm elan ediblər.
Bu partlayış hadisəsi şiə məntəqəsi olan Abbas Tavən məntəqəsində baş verib.

1198640
captcha