Siyasi qrup: Dr. Mahmud Əhmədi Nəjad inkişaf və irəliləyiş üçün davamlı, yorulmadan, elmli, yerli istedadlardan istifadə etməyin zəruriliyinə işarə edək dedi: "İran Xalqı düşmənin yaratdığı çətinlik və maneələrdən rəşadətlə keçəcəkdir".
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Prezident Aparatının rəsmi saytına istinadən verdiyi xəbərə görə Mahmud Əhmədinejad şənbə günü (13 aprel 2013) İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin müdirlərinin Tehran toplantısında 2013-cü il iyunda keçiriləcək prezident seçkilərinin İran xalqının xeyrinə və düşmənlərin ziyanına olduğunu bildirib.
İran İslam Respublikasının Prezidenti Dr. Mahmud Əhmədi Nəjad toplantıda super güclərin İrana qarşı hazırkı təzyiqlərinə işarə edərək söylədi: Bu təzyiqlər davam etməyəcək və gələcək prezident seçkiləri vəziyyəti İran xalqının xeyrinə dəyişəcək.
Prezident həmçinin əlavə edib İranın nüvə sahəsindəki inkişafı İİR hakimiyyətinin xalqa etimadının nəticəsidir.
İİR prezidenti həmçinin vurğulayıb: İran iqtisadiyyatının neftə asılılığını aradan qaldıra bilən amillərdən biri milyonlarla hektar ərazi və mineral mənbələr kimi dəyərli sektorlarda investisiyanın qoyulmasıdır.
1212289