İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "saphirnews" xəbər agentliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə dünən 21 aprel Fransa xalqı ölkənin paytaxtı Parisdə "HAMEB" - "Miyanmar Müsəlmanlarının Qətliamı Dayandırılsın" təşkilatının dəvəti ilə Miyanmarın azlıq təşkil edən məzlum müsəlmanlarını himayə etmək üçün Parisdə aksiya keçirdilər.
Aksiyaçılar Parisin "Clichy" meydanında toplaşaraq Miyanmarın Ruhəngiya müsəlmanlarını himayə və zalim buddistləri rüsvay edən şüarlar səsləndirdilər.
Aksiya iştirakçıları beynəlxalq təşkilatların bu məsələyə biganə qalmasını məhkum edərək onlardan tələb etdilər ki, bu qətliamın qarşısında sakit dayanmasınlar.
1216224