IQNA

Fələstinlilər torpaqlarının 92 faizini itiriblər

19:06 - May 31, 2013
Xəbər sayı: 2541267
Beynəlxalq qrup: Fələstin Əraziləri Tədqiqat Mərkəzi elan edib: Fələstinlilər 1917-ci ildən, yəni İngilislərin bu ölkəni işğal etdiyi zamandan bəri indiyədək torpaqlarının doxsan iki faizini (92 %) itiriblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Palestine İnfo" xəbər saytına istinadən verdiyi xəbərə görə Fələstin Əraziləri Tədqiqat Mərkəzi "İsrailin 2012-ci ildə Fələstinlilərin Hüquqlarına Təcavüzü" adlı illik hesabatında indiyədək Fələstin torpaqlarının 92 faizinin İsrail rejimi tərəfindən işğal olunduğunu bildirib.
Mərkəzin hesabatına görə 2012-ci ildə İsrail rejimi əsasən işğal edilmiş Fələstin torpaqıarında fələstinlilərin evlərini dağıtmaq və sionist qəsəbələri salmaqla və genişləndirməklə məşğul olub.
İsrail rejimi 2012-ci ildə Fələstinlilərə aid 189 ev və 415 çoxmənzilli yaşayış binasını dağıdıblar ki, bunun da nəticəsində 1215 fələstinli evlərindən qaçqın düşüblər.
Bundan əlavə 772 ev və 590 bina İsrail rejimi tərəfindən işğal və dağıdılma qorxusu altındadır.
Həmçinin İsrail qüvvələri təbiətə də rəhm etməyərək 52 min zeytun ağacını - ki, Fələstinlilər üçün Müqavimət Simvolu idi - məhv ediblər.
Hesabatda bildirilir ki, sionist qəsəbə sakinləri 2012-ci ildə 86 məscidə və 24 kilsəyə hücum ediblər.
Son tədqiqatlara əsasən hal-hazırda fələstinlilər torpaqlarının təkcə səkkiz faizinə (8 %) sahibdirlər ki, bu da 27 min kvadrat kilometr ərazini əhatə edir.
1235803
captcha