İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Əl-Aləm peyk TV kanalının rəsmi saytına istinadən verdiyi xəbərə görə Ən-Nüsrə terroristləri iyun ayının 11-də Qüseyrədəki məğlubiyyətlərinin intiqamı yönündə Suriyada şiələrə qarşı yeni cinayətlərində Deyr əz-zur şəhərinin yaxınlığında bir kənddə onlarla mülki əhalini qətlə yetirərək cəsədlərini müslə (burun, qulaq və başqa əzaları kəsmək) ediblər.
Ən-Nüsrə terroristləri Deyr əz-zur şəhərinin yaxınlığında Hətlə kəndində 60 nəfər şiəni öldürərək onların qulaq, burun və başqa əzalarını kəsərək İslamda kafirlərə qarşı belə edilməsi haram olan müslə cinayətini etmişlər.
Xəbər görə bu kəndin əhalisi bu qətliamdan sonra buradan dəstə-dəstə köçürlər. Kəndin evləri, məscidləri və Hüseyniyyələri terroristlər tərəfindən yandırılıb.
Eyni halda qanunsuz silahlılardan bir qrupu özləri Deyr əzzur və Həsəkə şəhərlərində Dəməşqin rəsmi dairələrinə təslim ediblər.
Xəbərdə deyilir ki, bu arada terroristlər də qənimətləri bölüşdürmək üstündə bir-birini güllələyiblər.
1241965 – 1241719