IQNA

Ramazan ayında zərurət halında su içməyin hökmü

11:09 - July 23, 2013
Xəbər sayı: 2565670
İctimai qrup: Neçə gün öncə Ramazan ayında oruc tutan adamın zərurət halında su içə bilməsi haqqında alim və müctəhidlərin məşhur hökmünün əksinə olaraq bir hökm verilmişdi. Bu nadir (məşhurun ziddinə olan) hökmə əsasən oruc adam susuzluqdan ölmə və ya sağlamlığının təhlükəyə düşməsi ilə üzləşdikdə az su içə bilər və orucu da səhihdir. Bu hökm müctəhidlərin narazılığı ilə qarşılanmışdı.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Qum şöbəsinin verdiyi xəbərə gərə Neçə gün öncə Ramazan ayında oruc tutan adamın zərurət halında su içə bilməsi haqqında alim və müctəhidlərin məşhur hökmünün əksinə olaraq bir hökm verilmişdi. Bu nadir (məşhurun ziddinə olan) hökmə əsasən oruc adam susuzluqdan ölmə və ya sağlamlığının təhlükəyə düşməsi ilə üzləşdikdə az su içə bilər və orucu da səhihdir. Bu hökm müctəhidlərin narazılığı ilə qarşılanmışdı.
İQNA-nın Qum şöbəsinin müxbiri bu məsələ ilə bağlı Ayətullah Üzma Məkarim Şirazinin dəftərxanasının "Şəri Suallar Elmi Heyəti"nin üzvi Höccütül-İslam vəl-müslimin Əliyannijat ilə müsahibə aparmışdır.
O, müxbirimizin "Oruc adam (zərurət halında) su içə bilərmi?" sualını belə cavablandırıb:
"Oruc adamın zərurət halında belə su içməsi orucu batil edir. Və bu adama (zərurət halında və sağlamlığı təhlükə ilə üzləşdikdə az miqdarda si içən) həmin orucun qəzası vacibdir. Bu İslam dininin məşhur, aşkar və məlum məsələlərindən biridir...
Oruc adamın zərurət halında su içməsi barədə iki məsələ var:
1). "Ətəş" (susuzluq xəstəliyinə tutlmuş insan ki, nə qədər su içsə də susuzluğu yatmır) xəstəliyi olan adamın oruc halında su içməyi ki, bu adam az miqdarda su içə bilər. Əgər sonradan oruc tutmaq imkanı varsa orucunun qəzasını və əgər oruc tuta bilmirsə hər gün üçün bir fəqiri bir gün üçün doyuracaq miqdarda yemək (çörək, un və s... ) kəffarə verməlidir. Bu hökmün nəticəsi isə budur ki, "ətəş" xəstəliyinə tutulmuş adamın ourc halında su içməsi onun orucunu batil edir. Və bu adam iki yoldan birisi ilə (qəza orucu tutmaq və ya fəqirə yemək vermək) bunun cəzasını ödəyir. Bu barədə Ürvətül-Vüsqa kitabına və bu kitaba 14 müctəhidin verdiyi şərhə baxa bilərsiz. Bu şərhdə 13 müctəhid bu cür adamın orucunun batil olmasına hökm ediblər.
Dəlil:
Bəqərə surəsi 187-ci ayəsinin ümumi hökmü:
«أُحِلَّ لَكُمْ لَیْلَةَ الصِّيامِ الرَّفَثُ إِلى‏ نِسائِكُمْ هُنَّ لِباسٌ لَكُمْ وَ أَنْتُمْ لِباسٌ لَهُنَّ عَلِمَ اللَّهُ أَنَّكُمْ كُنْتُمْ تَخْتانُونَ أَنْفُسَكُمْ فَتابَ عَلَیْكُمْ وَ عَفا عَنْكُمْ فَالْآنَ بَاشِرُوهُنَّ وَ ابْتَغُوا ما كَتَبَ اللَّهُ لَكُمْ وَ كُلُوا وَ اشْرَبُوا حَتَّى یَتَبَیَّنَ لَكُمُ الْخَیْطُ الْأَبْیَضُ مِنَ الْخَیْطِ الْأَسْوَدِ مِنَ الْفَجْرِ ثُمَّ أَتِمُّوا الصِّيامَ إِلَى اللَّیْلِ وَ لا تُبَاشِرُوهُنَّ وَ أَنْتُمْ عاكِفُونَ فِی الْمَساجِدِ تِلْكَ حُدُودُ اللَّهِ فَلا تَقْرَبُوها كَذلِكَ یُبَیِّنُ اللَّهُ آياتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ یَتَّقُون‏»
Bəqərə surəsinin 184-cü ayəsinin istisnası:
« فَمَنْ كانَ مِنْكُمْ مَريضاً أَوْ عَلى‏ سَفَرٍ فَعِدَّةٌ مِنْ أَیَّامٍ أُخَرَ وَ عَلَى الَّذينَ یُطيقُونَهُ فِدْیَةٌ طَعامُ مِسْكينٍ فَمَنْ تَطَوَّعَ خَیْراً فَهُوَ خَیْرٌ لَهُ وَ أَنْ تَصُومُوا خَیْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُون‏»
Bu ayədəki istisna "ətəş" xəstəliyi olanlara və əldən düşmüş və zəif qocalara aiddir.
2). "Ətəş" xəstəliyi olmayan, amma fiziki qüvvəsi tükəndiyi üçün susuzluqdan və həddən atrıq isti havadan canı təhlükəyə düşə biləcək və ya artıq orucunu davam etdirməyə gücü qalmamış oruc tutan insanın az miqdarda su içməsi ki, belə halda oruc tutan kəs ehtiyacı olan və zərurət miqdarında su içə bilər. Amma iftar vaxtınadək orucu davam etdirməlidir. Eyni halda orucu batildir və Ramazan ayından sonra münasib hava şətaitində o günün orucunun qəzasını tutmalıdır.
Bu müsahibəni təfərrüatı ilə aşağıdakı linkdən oxuya bilərsiniz:
http://iqna.ir/fa/news_detail.php?ProdID=1261808
Qeyd edək ki, neçə gün qabaq Ayətullah Bəyat Zəncaninin çətinliyə düşən oruc tutan adamın su içə bilməsi və eyni halda orucunun səhih olması barədə verdiyi hökmə qarşı Böyük Təqlid Mərcələri etiraz etmişdilər.
1261808
captcha