IQNA

Fitrə zəkatı və onu alanların xüsusiyyətləri

13:15 - August 07, 2013
Xəbər sayı: 2572673
İqtisad qrupu: Hər ağıllı, baliğ, fəqir olmayan müsəlman bayram gecəsi gün batmazdan öncə ona çörəkyeyən sayılan hər bir kəsin fitrə zəkatını verməlidir. Bu fitrə zəkatı o məntəqənin ən çox yeyilən xörəyi olmalıdır. Fitrə zəkatı verən çörəkyeyəni sayılan hər insan üçün həmin ən çox yeyilən ruzidən 3 kq miqdarında fəqir və imkansız müsəlmanlara ödəməlidir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Fitrə lüğətdə "islam" və "yaradılış" mənasına daha çox işlənmiş və dini termenologiyada ibarətdir "fitrə zəkatı"ndan ki, hər imkanlı müsəlman özü üçün və çörəkyeyəni sayılan hər adama görə fəqir və möhtac kəslərə ödəməlidir.
Fitr bayramı gecəsində ağıllı, baliğ, fəqir olmayan və huşu başında olan hər kəs özünün və çörəkyeyəni sayılan insanların hər biri üçün regionda məşhur xörək sayılan ruzilərdən birindən (buğda, arpa, un, kişmiş, düyü, xurma, qarğıdalı və s...) 3 kq miqdarında və ya həmin xörəyin pulunu kasıba və fəqirə verməlidir.
Fiqhdə "fəqir" o kəsə deyilir ki, özünün və ailəsinin bir illik xərcini ödəmək üçün pulu və ya bu pulu tədricən ələ gətirə bilmək üçün imkanı və müəyyən bir işi yoxdur. Belə bir insanın fitrə zəkatı verməsi vacib deyil.
Fitrə Ramazan ayının axırıncı günündən etibarən Şəvval ayının birinci gününün Zöhr vaxtınadək verilməlidir. Ehtiyat vacibə görə Fitr namazı qılınanadək fitrə-zəkatı verilməlidir.
Fitrə zəkatı verənn gərək onu fəqirə çatdırsın və ya ona vermək üçün evində bir kənara qoysun və ən tez zamanda onu sahibinə çatdırsın. Əks halda günahkar sayılır.
Fitrə zəkatı qürbət qəsdi ilə (yəni Allaha yaxınlaşmaq üçün) verilsin. Ehtiyat vacib budur ki, fitrə əvvəlcə fəqir şiələrə verilsin. Əgər şəhərdə və yaxın yerlərdə fəqir şiə olmazsa başqa müsəlmanlara verilsin.
Fitrə zəkatı verilən fəqir nasibi (İmam Əlini (ə) və Əhli-Beyt ilə aşkara düşmənçilik edən), məstedici içki içən (araq, pivə), binamaz, fitrəni günhada işlədən və aşkara böyük günahlar edən bir kəs olmamalıdır.
Seyid fəqirlər seyid olmayanlardan fitrə zəkatı ala bilməzlər. Seyidə yalnız seyid fitrə verə bilər.
1268371
captcha