İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Azərbaycan KİV-lərinə istinadən verdiyi xəbərə görə, Bakı məscidlərində “Ərbəin” günü ilə bağlı müxtəlif mərasimlər keçiriləcək.
Mərasimlər paytaxtın "Hüseyniyyə", "Məşhədi Dadaş", "İmam Hüseyn", "Xanım Zəhra", "Hacı Cavad", "Hacı Soltanəli", "Qasımbəy" o cümlədən Bakı kəndlərinin əksər məscidlərində keçiriləcək. Mərasimlərdə “Ərbəin” günü ilə bağlı məlumatlar veriləcək.
Qeyd edək ki, Hicri-qəməri tarixinin ikinci ayı yəni səfərin 20-i İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsinin 40-cı gününə təsadüf edir ki, bu günü müsəlmaların əksəriyyəti matəm günü kimi qeyd edirlər.