IQNA

İngilis dilli "Daily Health Post" elektron jurnalı yazdı:

Oruc tutmaqla bədənin immunitet sisteminin bərpası

23:52 - December 15, 2014
Xəbər sayı: 2618818
Beynəlxalq qrup: Bədənin immun sistemi təkcə adi insanlar tərəfindən deyil, bəlkə sağlamlığımız üçün müraciət etdiyimiz həkimlər tərəfindən də düzgün dərk edilməmişdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İngilis dilli "Daily Health Post" – (Gündəlik Sağlamlıq Postu) elektron jurnalına istinadən verdiyi xəbərə görə bu jurnal məqalələrindən birində yazır:
"Bədənin immun sistemi təkcə adi insanlar tərəfindən deyil, bəlkə sağlamlığımız üçün müraciət etdiyimiz həkimlər tərəfindən də düzgün dərk edilməmişdir. İnsanların çoxu adi soyuqdəryməni də müalicə etmək və bədənlərinin immun sistemini gücləndirmək üçün vitaminlər və kimyəvi dərmanlardan istifadə edir və bu dərmanların təbii əvəzedicisi ola biləcəyini heç düşünmürlər. Nəticədə isə onların bu xəstəliyi həmişə davam edir.
İmmun sistemi zədələnmiş insanlar üçün bu gücləndirməyə təbii yollar da mövcuddur. Son zamanlarda tədqiqatçılar bunun üçün yeni bir yol da kəşf ediblər. Elə bir yol ki, həm pulsuzdur və həm də yaşlılar üçün də faydalıdır.
Tədqiqatlar göstərir ki, bədənin immun sisteminə kömək edən ağ qan hüceyrələri oruc tutmaq ilə yenidən bərpa olunurlar.
Cənubi Kaliforniya universitetinin tədqiqatçılarının araşdırmalarına əsasən ən azı üç gün oruc tutmaq bədənin bütün immun sistemini hətta qocalarda da bərpa edir və gücləndirir.
Oruc kömək edir ki, əsas qan hüceyrələri ağ qan hüceyrələri istehsal etsinlər ki, bu da bədəndə olan iltihabın təmizlənməyinin amilidir.
2618605

Teqlər: qan ، hüceyrə ، oruc ، immun
captcha