IQNA

17:42 - December 28, 2014
Xəbər sayı: 2644673
Xarici şöbə: İran və Türkiyənin xəttatlıq üzrə sənət adamlarının mədəni və elmi əlaqələrinin genişləndirilməsi və “İsami Xəttatlıq İncəsənəti”nin yayılması məqsədilə yaradılacaq “İslami xəttatlar birliyi” mövzusu İstambuldakı iclasda müzakirə olundu.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Əlaqələr və Mədəniyyət Təşkilatının ümumi əlaqələr və informasiya idarəsinə istinadən verdiyi xəbərə görə İran və Türkiyənin xəttatlıq üzrə incəsənət adamlarının və eləcə də iki ölkənin mədəni və elmi əlaqələrinin genişləndirilməsi və “İsami Xəttatlıq İncəsənəti”nin dünyada yayılması məqsədilə yaradılacaq “İslami xəttatlar birliyi”  mövzusu İstambuldakı iclasda müzakirə olundu.



Bu iclasda İran və Türkiyə xəttatları arasında həmkarlıq yolları, mövcud həmkarlıqların genişləndirilməsi və müxtəlifləşdirilməsi, iki ölkənin incəsənətə maraqlı olan cavanları arasında mədəni əlaqələrin yüksəldilməsi kimi mövzular müzakirə edildi.



Həmçinin toplantıda “İslami Xəttarlar Birliyi”nin yaradılması, İran və Türkiyə xəttatlarının mədəni, elmi və təcrübi əlaqələrinin genişləndirilməsi və İranın incəsənət və mədəniyyətinin Türkiyə incəsənətində tanıtdırılması məsələsi də gündəmə gətirildi.



İclasın sonunda Türkiyə xəttatlarının əsərlərinin İranın mötəbər və tanınmış sərgi salonlarında sərgilənməsi təklifi də irəli sürüldü.



2634873         

Ad:
E-poçt:
* Comment:
* captcha: