İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "müsəlman tələbələrin beynəlxalq Quran yarışları"nın 5-ci turu dünən (01, 01, 2015) Quran-Kərimdən bir-neçə ayənin tilavəti ilə öz işinə strat verdi.
Yarışların açılış mərasimində İran İslam Respublikasının prezidenti Dr. Həsən Ruhani cənabları, Tehran şəhərinin meri Məhəmmədbaqir Qalibaf, "Universitet Cihadı Təşkilatı"nın rəisi Həmidrza Təyyibi və digər məsul vəzifəlilər iştirak edirdilər.
Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışları 5-ci turu dünən (01, 01, 2015) səhər açılış mərsimi keçirdikdən sonra, əsr vaxtı, yerli vaxtla saat 15:00-da yarışlara rəsmi şəkildə start verdi.
Yarış proqramları axşam saat 21:00-dək davam etdi.
Qeyd edək ki, bu yarışlar dünyanın 47 ölkəsindən 66 nəfər iştirakçının rəqabətləri əsasında yanvar ayının 1-dək 4-dək keçiriləcəkdir.