İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-mizab" xəbər agentliyinin xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə "Müsəlmanlar və məsihilər: Müştərək ictimaiyyətdə yaşayan möminlər" konfransı və Papa Fransis – dünya katoliklərinin rəhbəri və Kardinal Can Lui Turan – Rum dinlər arası dialoq şurasının rəisi, tərəfindən İtaliyada keçirilən "Müsəlman və Məsihi dini rəhbərlərinin 3-cü iclası"nın haşiyəsində "Höccətül-İslam vəl-müslimin Xoi - "Darul-Elm lil-İmam Əl-Xoi" - (İmam Xoi adına Elm Evi) – müəssisəsinin baş katibi və "İraq Dinlərarası Dialoq Şurası"nın təsisçi üzvi, İraqın "NUN" xəbər agentliyi ilə müsahibəsində dedi: Bu iclasda dini, mədəni pluralizim, birgə yaşayış və vətəndaşlıq ruhiyyəsinin gücləndirilməsi barədə dialoqlar aparıldı.
O əlavə etdi: Bu iclasda Nəcəf-Əşrəf dini elmi hövzəsinin və dini mərcəiyyətinin insani dəyərlərin qorunması və müxtəlif dindən və irqdən olan insanların birgə yaşayışının gücləndirilməsidə tarixi rolundan danışıldı. Bu məsələnin tarixi kökünün İmam Əli (ə) zamanına qayıtdığı da O həzrətdən rəvayət olunan hədisə -"İnsanlar iki dəstədirlər: ya sənin dini qardaşındır və ya səninlə yaranışda eynidir" – işarə olunaraq vurğulandı. Nəcəf elmi hövzəsində müctəhidlərin digər məzhəb və dinlərlə bağlı verdikləri taxiri fətvaları da bunu göstərir ki, onlar İmam Əlinin (ə) qoyduğu bu əsas qanuna həmişə əməl libası geyindiriblər. Bu elmi hövzə yarandığı bu 10 əsr müddətində heç vaxt digər firqə, məzhəb və dinlərə qarşı radikal və ifratçı mövqe sərgiləməyiblər.
Xəbərə görə Höccətül-islam Xoi bu səfərdə Papanın Dinlərarası Dialoq Şurasının vitse-prezidenti Xalid Əkaşə ilə görüş keçirib və Vatikanın İslam və Ərəb tədqiqat idarəsinə Ayətullah Xoinin (r.ə) kitablarını hədiyyə edibdir.