IQNA

Türkiyə İslam Peyğəmbərini (s) təhqir edən "facebook" səhifələrini bağladı

23:41 - January 26, 2015
Xəbər sayı: 2767854
Beynəlxalq qrup: Türkiyə məhkəməsi dünən qərara aldığı bir hökmdə əziz İslam peyğəmbəri həzrət Məhəmmədə (s) qarşı təhqiramiz yazılar paylaşan "facebook" səhifələrinin bağlanılması baradə göstəriş verdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "vorldbülletin" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Türkiyənin Ankara məhkəməsi dünən qərara aldığı bir hökmə əsasən əziz İslam peyğəmbəri həzrət Məhəmmədə (s) qarşı təhqiramiz yazılar paylaşan "facebook" səhifələrinin bağlanılması baradə göstəriş verdi.



Məhkəmə bu hökmü Harun Ceylanın – Türkiyənin KİV üzrə baş prokroru, irəli sürdüyü ittitamnaməsinə əsasən veribdir.



Məhkəmənin hökmünə görə əgər "Facebook" şirkəti bu səhifələri bağlamazsa, bu zaman Türkiyədə "facebook"un yayımlanması tamamilə dayandırılacaqdır.



Məhkəmənin hökmü Türkiyənin Rabitə və İnformasiya Nazirliyi və İnternet Xidmətləri İdarəsinə də elan edilibdir.



Bundan öncə də Diyarbəkr əyaləti məhkəməsi Şarli Ebdo yayan karikatorları təbliğ edən səhifələrin bağlanılması barədə hökm çıxartmışdı.


Teqlər: türkiyə ، facebook ، islamofobiya ، şarli ، hebdo
captcha