IQNA

Türkiyədə beynəlxalq "İslamofobiya" konfransı keçiriləcək

23:23 - February 03, 2015
Xəbər sayı: 2805042
Beynəlxalq qrup: Cari ilin Aprel ayında Türkiyənin paytaxtı Ankara şəhərində "Beynəlxalq İslamofobiya Konfransı" keçiriləcək.


İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) "İNA"ya (Beynəlxalq İslami Xəbər Agentliyi) istinadən verdiyi xəbərə görə 2015-ci ilin Aprel ayında Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Baş Naziriliyinin dəftərxanasının təşəbbüsü, Türkiyə Diyanət Bakanlığı və TİKA-nın (Türkiyənin beynəlxalq həmkarlıq və koordinasiya ajansı) həmkarlığı ilə "Beynəlxalq İslamofobiya Konfransı" keçiriləcək.



Həmçinin Ankarada yerləşən SESCRİC (İslami ölkələrin sosial, iqtisadi və statistik təlim və araşdırmalar mərkəzi), D8-in katibliyi (İnkişaf etməkdə olan ölkələrin 8-lik qrupu), İstambulun "Mərmərə Universiteti" və Türkiyənin Stratejik Araşdırmalar təşkilatı bu konfransda həmkarlıq və iştirak edəcəklər.



Konfransda müxtəlif ixtisaslı İslam alimləri "islamofobiya"nın siyasi, hüquqi və ictimai tərəflərini araşdıracaqlar.    



2801634    

captcha