IQNA

İordaniyanın Vəqflər Naziri:

İordaniyalı pilotun diri-diri yandırılması İŞİD-in terrorist olduğunun sübutudur!

20:50 - February 04, 2015
Xəbər sayı: 2811512
Benəlxalq qrup: Hayl Əbdül-Həfiz Davud – İordaniyanın Vəqflər, İslami İşlər və Müqəddəs Məsələlər naziri, İŞİD-in iordaniyalı pilotu Məaz Əl-Kəsasibəni diri-diri yandırmasını məhkum edərək dedi: Yandırmaq İslamda caiz deyil!


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-misriyyun" qəzetinə istinadən verdiyi xəbərə görə Hayl Əbdül-Həfiz Davud – İordaniyanın Vəqflər, İslami İşlər və Müqəddəs Məsələlər naziri, İŞİD-in iordaniyalı pilotu Məaz Əl-Kəsasibəni diri-diri yandırmasını məhkum edərək dedi: Yandırmaq İslamda caiz deyil! İslam Peyğəmbəri (s) bu barədə buyurub ki, لا یُعذب بالنار إلا رب النار – atəşlə yalnız atəşin Xaliqi cəzalandıra bilər".





O sözünün davamında İŞİD ünsürlərini İslama və müsəlmanların üzünə yapışmış qara bir ləkə hesab edərək dedi ki, bu terroristlər ən tez və qısa bir zamanda məhv edilməlidirlər.   



İordaniyanın Vəqflər Naziri vurğuladı: İordaniyalı pilotun diri-diri yandırılması İŞİD-in terrorist olduğunun sübutudur və bu hadisə onların tez bir zamanda məhv ediləcəyindən xəbər verir.



Qeyd edək ki, iordaniyalı pilot Məaz Əl-Kəsasibənin diri-diri yandırılması video və şəkillərinin ictimai şəbəkələrdə paylaşılması beynəlxalq ictimaiyyətdə İŞİD-ə qarşı kəskin etiraz və nifrət hissini oyatmışdır. Müxtəlif dövlətlərin rəsmiləri bu cinayəti məhkum edərək bunu bütün müsəlmanların əleyhinə törədilmiş cinayət adlandırıblar.



İlk olaraq İordaniya dövlət rəsmiləri İŞİD-in bu cinayəti qarşısında İordaniyada həbsdə olan  və onların başçılarından sayılan Sacidə Ər-rişavini, Ziyad Kərbulini və digərlərini bu gün sübh edam etdilər.



Bu gün İordaniyda 3 gün müddətində ümumi əza elan edilmişdir.   İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-misriyyun" qəzetinə istinadən verdiyi xəbərə görə Hayl Əbdül-Həfiz Davud – İordaniyanın Vəqflər, İslami İşlər və Müqəddəs Məsələlər naziri, İŞİD-in iordaniyalı pilotu Məaz Əl-Kəsasibəni diri-diri yandırmasını məhkum edərək dedi: Yandırmaq İslamda caiz deyil! İslam Peyğəmbəri (s) bu barədə buyurub ki, لا یُعذب بالنار إلا رب النار – atəşlə yalnız atəşin Xaliqi cəzalandıra bilər".



O sözünün davamında İŞİD ünsürlərini İslama və müsəlmanların üzünə yapışmış qara bir ləkə hesab edərək dedi ki, bu terroristlər ən tez və qısa bir zamanda məhv edilməlidirlər.   



İordaniyanın Vəqflər Naziri vurğuladı: İordaniyalı pilotun diri-diri yandırılması İŞİD-in terrorist olduğunun sübutudur və bu hadisə onların tez bir zamanda məhv ediləcəyindən xəbər verir.



Qeyd edək ki, iordaniyalı pilot Məaz Əl-Kəsasibənin diri-diri yandırılması video və şəkillərinin ictimai şəbəkələrdə paylaşılması beynəlxalq ictimaiyyətdə İŞİD-ə qarşı kəskin etiraz və nifrət hissini oyatmışdır. Müxtəlif dövlətlərin rəsmiləri bu cinayəti məhkum edərək bunu bütün müsəlmanların əleyhinə törədilmiş cinayət adlandırıblar.



İlk olaraq İordaniya dövlət rəsmiləri İŞİD-in bu cinayəti qarşısında İordaniyada həbsdə olan  və onların başçılarından sayılan Sacidə Ər-rişavini, Ziyad Kərbulini və digərlərini bu gün sübh edam etdilər.



Bu gün İordaniyda 3 gün müddətində ümumi əza elan edilmişdir.   



2807198

Teqlər: İordaniya ، pilot ، İŞİd
captcha