IQNA

Necə deyərlər “bıçaq sahibinin öz əlin kəsir” desək yanılmarıq

13:22 - February 09, 2015
Xəbər sayı: 2828147
Xarici şöbə: "İŞİD", "Nusra Cəbhəsi", "Əl-Qaidə" və s. terror qruplaşmaları illərdir Əfqanistanda, Suriyada və İraqda minlərlə insani yandırır, asır-kəsir. Amma bir pilot üçün səsləri ərşə qalxanların, elə İordaniya olmaqla səsləri çıxmırdı. Əksinə elə bu terroristləri yetişdirən və silahlandıranlar da özləri idi. İndi necə deyərlər "bıçaq sahibinin öz əlin kəsir" desək yanılmarıq.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Son günlərdə iordaniyalı pilotun yandırılması və bir çox insanın İŞİD tərəfindən edam edilməsi geniş müzakirə mövzusu olub.
Bununla bağlı Cenubnews.com İnternet Qəzeti tanınmış ilahiyyatçı Seyyid Elman Ağazadədən münasibət alıb.
Seyyid Elman Ağazadə bildirib ki,"İordaniyali pilotun yandırılmasıniı biz də mətbuatdan oxumuşuq. Bu cür rəftar, həm dinimizdə olan əsirlərlə bağlı rəftarda və həmdə dünyada əsir düşənlərlə bağlı hamı tərəfindən qəbul olunmuş beynəlxalq qanunlara ziddir. Təbii ki, "İŞİD" kimi vəhşilər nə dini qəbul edir və nə də Beynəxalq qanunları. Dinimizdə günahkarı-cinayətkarı və hətta ən qatı düşməni (kafir hərbi-yəni kafir olmaqla yanaşı müsəlmanla müharibə də edən) belə yandırmaq, carmıxa cəkmək, bədən üzvlərini kəsmək qadağandır. Bu cəzalandırma usullarını dinimizdə, heyvana belə tətbiq etmək qadağandır. Əlbəttə hər cinayətin öz cəzası var ki, geniş formada "hudud-cəza" kitablarında qeyd edilib.
Bu hadisə ilə bağlı bir nöqtəyə də toxunmaq istərdim. "İŞİD", "Nusra Cəbhəsi", "Əl-Qaidə" və s. terror qruplaşmaları illərdir Əfqanistanda, Suriyada və İraqda minlərlə insani yandırır, asır-kəsir. Amma bir pilot üçün səsləri ərşə qalxanların, elə İordaniya olmaqla səsləri çıxmırdı. Əksinə elə bu terroristləri yetişdirən və silahlandıranlar da özləri idi. İndi necə deyərlər "bıçaq sahibinin öz əlin kəsir" desək yanılmarıq. Hər halda biz bütün cinayətləri istər din adına istərsə də qeyri din adına olanları pisləyirik. Amma bunların yaranma səbəblərini də unutmamalıyıq. Allah-Taala bütün müsəlmaları terroristlərin və onların himayədarlarının şərrindən qorusun".

Teqlər: işir ، İordaniya ، pilot ، ağazadə
captcha