IQNA

İslamı istəməyən qüvvələr terrorla əlaqələndirmək istəyirlər

14:43 - March 11, 2015
Xəbər sayı: 2964236
Tehran(IQNA)_Şamaxıda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans öz işinə başlayıb.

İslamazeri.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək, Azərbaycanda ümumbəşəri dəyərlərə malik olan İslamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar zərurətdən bəhs edib.

Mübariz Qurbanlı geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyillərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu vurğulayıb. Qeyd olunub ki, bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı toqquşmalar məhz geosiyasi maraqlardan irəli gəlir. İslamı istəməyən qüvvələr onu siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər. Komitə sədri bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətindən, bu sahədə maarifləndirmənin zəruriliyindən danışıb.

islamazei.az

 

Teqlər: İslam ، Şamaxı ، konferans
captcha