
İslamazeri.az xəbər verir ki, mərasim Axund İntizarın oxuduğu Quran tilavəti ilə açılıb. Mərasimin aparıcısı Elçin Daşdanzadə məclis əhlini salamlayaraq sözü Türkiyədən dəvət olunmuş dəyərli Əhli-Beyt alimi Hacı Məhdi Ağsu cənablarına verib.
Hz Fatimə (s.ə)-nın məzlumiyyətindən danışan cənab Ağsu bildirb ki, Peyğəmbərdən sonra Onun Ümməti Hz Zəhraya zülümlər və böyük hörmətsizliklər etdilər. Hz Fatimə (s.ə)-nın mübarək ömrünün son günlərindən danışan cənab Aksu, O Həzrətin tək-tənha, köməksiz və məzlumcasına şəhid edilməsini vurğulayıb. Hz Zəhra (s.ə)-nın mübarək məzarının gizli olmasının ilahi hikmət olduğunu vurğulayan cənab Aksu, öz çıxışını Ümmət və məclisə cəm olanlara etdiyi dualarla yekunlaşdırıb. Matəm mərasimi Elçin Daşdanzadənin oxuduğu "Fərəc" duası ilə yekunlaşıb.