IQNA

Məşhəd və Nəcəf şəhərləri qardaş şəhərlər elan edildilər

17:51 - March 13, 2015
Xəbər sayı: 2974568
Tehran(IQNA)_İranın Məşhəd şəhəri bələdiyyəsi ilə İraqın Nəcəf əyaləti arasında iki şəhərin qardaş şəhər olduğuna dair müqavilə imzalanıb.

Martın 12-də Məşhəd bələdiyyə sədri Seyid Sövlət Mürtəzəvi etdiyi açıqlamada həmin müqavilənin Məşhəd və Nəcəf arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi, ortaq hədəflərin reallaşması üçün qarşılıqlı imkanlardan istifadə edilməsi məqsədilə imzalandığını deyib.
Seyid Sövlət Mürtəzəvi həmin müqavilənin imzalanmasıyla iki şəhər arasında əməkdaşlığın keçmişə nisbətən daha çox inkişaf edəcəyinə inandığını bildirərək, bu istiqamətdə ticarət və iqtisadi əməkdaşlıqlarla yanaşı birgə investisiyaların da həyata keçirilə biləcəyini deyib. İki şəhərin müxtəlif sahələrdə əlaqələrini inkişaf etdirmək imkanlarının olduğunu bildirən Mürtəzəvi, hər iki şəhərin xalqları arasında dini, mədəni, tarixi ortaqlıqların olduğunu qeyd edib.

islamazeri.az

captcha