Vatikanda müqəddəs Petr kilsəsinin eyvanından dindarlara üzünü tutan Papa Francis dünyanın aparıcı "altılıq" ölkələrilə İran arasında baş tutmuş danışıqlarda razılığın əldə olunmasını alqışlayıb.
Roma Papası Lozanna şəhərində əldə edilmiş həmin razılığın daha təhlükəsiz və əmin-amanlı dünyaya yol açacağına ümidvar olduğunu bildirib.
Pasxa çıxışı zamanı Ropa Papası Suriya və İraqda, eləcə də Ukrayna, Liviya, Yəmən, Nigeriya, Sudan və Konqo Demokratik Respublikasında tezliklə sülhün bərqərar olması arzusu ilə dualar oxuyub.
publika.az