IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentiliyi) interaztv.com-a istinadən verdiyi xəbərə görə, Qərb dövlətlərinin himayəsi və Səudiyyə ərəbitanın maliyyəsi Suriya və İraqda qanlı cinayətlər törədən “İŞİD” qruplaşması ilə döyüşlərdə şəhid olan iraqlı əsgərin cənazəsi anası tərəfindən gül və şerlə qarşılanıb.
Övladının Allah yolundan şəhid olması ilə iftixar hissi keçirən ana, cənazəni qarşılayan digər şəxslərdən fərqli olaraq ağlamayıb. İraqlı ananın iftixar dolu davranışı görənlərin heyrətinə səbəb olub.