İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyinin) "ŞƏBİSTAN"a istinadən verdiyi məlumata görə, İİR üzrə bütün dini-elmi hövzələrin müdiri və Ali Rəhbər Seçmə Şurasının üzvü Ayətullah Seyyid Haşim Hüseyni Buşəhri dünən gecə, 22 may, Kərbəlanın "Ələmdar"ı Həzrət Əbəlfəzl Abbasın (ə) viladəti günü Qumun Şah Seyyid Əli imamzadəsi türbəsinin "tozunun alınması və yuyulması" mərasimində Quran-Kərimin "Kövsər", "İnşirah" və "Züha" surələrinin əziz İslam Peyğəmbərinin (s) düşmənlərin "sonsuzluq" tənəsinə tuş gəldiyi vaxt təsəlli və dildarlıq üçün nazil oluduğuna işarə edərək dedi:
Allah-Taala "Kövsər" surəsini nazil etdi və Həzrət Zəhranın (s) vasitəsilə O həzrətə tükmənyəcək bir nəsilin və çoxlu xeyir və bərəkətin əta olunduğunu dedi. İslam düşmənləri isə hər dövrdə O həzrətin nəslindən olan İmamları və imamzadələri öldürməklə həqiqi İslamı məhv etmək fikrində olsalar da, buna nail ola bilmədilər və bu gün dünyanın hər yerində İslam Peyğəmbərinin (s) nəsli yaşayır və yaşadıqları yerlərdə də çoxlu bərəkət və xeyirlərə səbəbdirlər. İmamzadələr həyatda olarkən və hətta ölümlərindən də sonra İslamın yayılmasında müstəsna bir rola malikdirlər. İnsanların onların özünə və məzarlarına ehtiramı Peyğəmbərimizə (s) olan sevgidən doğur və həqiqətdə "nübuvvət" nemətinin şükrüdür. Həmçinin bu imamzadələr şiəliyin mahiyyətdi və kimlik vərəqəsidir.
O, Əhl-Beyt (ə) hərəmlərinin şiələrinin mənəvi və fikri qərargahı olduğuna və Həzrət Əbəlfəzlin (ə) viladət günü münasibəti ilə onun əxlaqi və insani səciyyələrinə işarə edərək dedi: Vilayətdən itaət, öz İmamına həmişə dayaq olmaq və çox ali dərəcədə bəsirətə sahib olmaq, Allah hüzurunda təvazökar bəndəçilik Həzrət Əbəlfəzlin (ə) əsas xüsusiyyətlərindən idi, buna görə də bizim hamımız O həzrəti öz fərdi və ictimai həyatmızda əsas ülgü və nümunə qərar verməli, elə yaşamalıyıq ki, hər zaman "Vilayət"ə və "Haqq Din"ə dayaq olaq.
O vurğuladı: Terrorist təkfirçilər bilsinlər ki, nə qədər şiələrin damarda qanı var onlar öz pis niyyətlərinə çata bilməyəcək və Həzrət İmam Hüseyn (ə) və Əbəlfəzlin (s) müqəddəs məzarlarına yaxınlaşa bilməyəcəklər.