IQNA

BMT İranın humanitar yardımlarını yəmənlilərə çatdıracaq

6:32 - May 25, 2015
Xəbər sayı: 3307333
Beynəlxalq şöbə: Birləşmiş Millətlər Təşkilatı (BMT) İran İslam Respublikasının yəmənlilərə humanitar yardımı gətirən gəmisinin Cubiti limanında evakuasiya, təxliyə və boşaldılmasını elan edərək, bu yardımın yəmənlilərə çatdırılmasını öz öhdəsinə götürdü.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-məsdər online" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə əsasən BMT elan etdiyinə görə İran xalqının yəmənlilərə göndərdiyi humanitar yardımlar gəmisi Şəriq Afrikanın Cibuti şəhər limanında ləngər salıb, gəminin 2500 tonluq həyati əhəmiyyət daşıyan yükü boşaldılıbdır. BMT bu yardımın yəmənlilərə çatdırılmasını öz öhdəsinə götürüb.



Bu xəbərə görə İİR-nın humanitar yardımlaını yəmənlilər üçün aparan ŞAHİD gəmisinin yükü un, düyü, konservləşdirilmiş yeməklər, təbii su və tibbi avadanlıq və ləvazimatlar olmuşdur.



"Franspress" xəbər agentliyinin yazdığına görə ŞAHİD gəmisinin humanitar yükü təxliyə olunmuş və BMT-nin Cubitidəki nümayəndəliyinə təhvil verilmişdir.



Ərəbistan İran gəmisinin Yəmən sahillərinə yanaşmasının qarşısını aldığı üçün İranın BMT ilə razılaşmasına görə gəminin yükü əvvəlcə Cubiti limanında boşaldılmış, sonra isə başqa gəmiyə yüklənərək BMT-nin vasitəsilə yəmənlilərə çatdırılacaq.



3306993         

Teqlər: iran ، yəmən ، bmt ، cibuti
captcha