IQNA

İmam Mehdinin (ə.f) mövlud günlərində Kərbəlada təhlükəsizlik gücləndiriləcək

6:59 - May 28, 2015
Xəbər sayı: 3308643
Beynəlxalq qrup: Şaban ayının ortalarında, Həzrət İmam Mehdinin (ə.f) viladət günləri ərəfəsində, İraq ziyarətgahlarında, o cümlədən Kərəbəlada təhlükəsizlik tədbirləri gücləndirilmiş iş rejiminə keçəcək. Bu işdə dövlət polis alayları, təhlükəsizlik orqanları qüvvələri və xalq könüllüləri bir-birinə dəstək olacaqlar.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "suməriyyənyuz" xəbər və informasiya protalına istinadən verdiyi xəbərə görə Həzrət İmam Mehdinin (ə.f) viladət günləri ərəfəsində, İraq ziyarətgahlarında, o cümlədən Kərəbəlada təhlükəsizlik tədbirləri gücləndirilmiş iş rejiminə keçəcək. Bu işdə dövlət polis alayları, təhlükəsizlik orqanları qüvvələri və xalq könüllüləri bir-birinə dəstək olacaqlar. Elə bu yöndə Kərbəlanın giriş-çıxış yollarında, əl-Anbar əyaləti hüdudları yaxınlığında təhlükəsizlik orqanları qüvvələri və xalq könüllüləri tərəfindən ciddi təhlükəsizlik işlərinə start verilib.



Ğanim əl-Mənkuşi – Kərbəlanın polis rəisi, bu barədə dedi: Təhlükəsizlik qüvvələrimiz tam hazır və yaxşı vəziyyətdədirlər, lazımı mövqelərə yerləşdiriliblər və əziz ziyarətçiləri qorumaq və müdafiə etmək üçün tam hazırlıqlıdırlar.



Nəcəf-Əşrəf əyalət şurası da gələn həftənin 3-cü gününü İmam Mehdinin (ə.f) viladət bayramı münasibətilə rəsmi tətil elan etdi.



3308415    

Teqlər: kərbəla ، nəcəf ، imam ، mehdi ، viladət
captcha