IQNA

İİR-nın Bakıdakı səfiri:

İmam Xomeyni (r.ə) məfkurəsini diriltmək terrorizmlə mübarizə üçün ən mühüm amildir

22:21 - May 31, 2015
Xəbər sayı: 3309806
Xarici şöbə: İran İslam Respublikasının Bakıdakı səlahiyyətli səfiri cənab Möhsin Pakayin toplantıda çıxışı zamanı mərhum İmam Xomeyni (r.ə) məfkurəsini dünyada və regionda diriltməyin terrorizmlə mübarizə üçün ən mühüm amil olduğuna işarə edərək dedi: Bu məsələ (İmam Xomeyni (r.ə) məfkurəsini diriltmək) dünyada sülhün bərqərar olması yolunu hamar edəcəkdir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Qafqaz Mədəniyyət Mərkəzi"nə istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının Bakıdakı səlahiyyətli səfiri cənab Möhsin Pakayin İmam Xomeyninin (r.ə) vəfatının 26-cı il dönümü münasibətilə paytaxt Bakıda keçirilən "İmam Xomeyni (r.ə) məfkurəsində "İslami vəhdət" və zorakılıqla mübarizə" adlı toplantıda çıxışı zamanı mərhum İmam Xomeyni (r.ə) məfkurəsini dünyada və regionda diriltməyin terrorizmlə mübarizə üçün ən mühüm amil olduğuna işarə edərək dedi: Bu məsələ (İmam Xomeyni (r.ə) məfkurəsini diriltmək) dünyada sülhün bərqərar olması yolunu hamar edəcəkdir.



O əlavə etdi: Dünyanın müxtəlif müsəlman ölkələrində, o cümlədən Yəmən, Qəzzə, İraq, Suriya, Liviya və Əfqanıstanda yaranmış insani faciə və böhranlı şərait Qərbin dünya məsələlərinə qeyri-əxlaqi baxışının nəticəsidir.



O, dünyadakı müharibə və savaşları, müharibəyə meyilliliyin artmasını Amerikanın "yeni mühafizəkarlar" təfəkkürünün nəticəsi olduğunu hesab edərək dedi: Bu təfəkkürə əsasən Qərbdə o kəslər rəhbərlik edə bilərlər ki, "əxlaq"a etiqadları yoxdur və bir siyasi sistemin yaşaması üçün həmişəlik müharibə şəratinin zəruriliyinə inanırlar.



Pakayin rəhmətlik İmam Xomeyninin (r.ə) mənəvi, dini və əxlaqi dəyərləri siyasətə gətirdiyini vurğulayaraq dedi: İmam Xomeyni (r.ə) bu prinsiplərə əsasən sülhün qorunmasını, beynəlxalq təhlükəsizliyi, başqa ölkələrə təcavüz etməməyi, qonşu ölkələrlə yaxşı münasibətləri və s... tövsiyə edirdi.



O vurğuladı: Buna görə də İslam İnqilabının əldə etdiyi İslami dəyərləri başqa ölkələrə idxal etmək, o ölkələrin daxili işlərinə qarışmaq deyil, bəlkə dini dəyərləri, haqq cəbhəsini qonşu ölkələrdə də gücləndirməkdir. İmam Xomeyni (ə) məfkurəsinə görə qonşu ölkələrlə münasibətlərin gücləndirilməsi üçün dini, milli, mənəvi və mədəni məsələlərdə vəhdət yaratmalı və birləşərək imperializmin qarşısında dayanılmalıdır.    



3309419

Teqlər: iran ، səfir ، bakı ، imam ، xomeyni
captcha