IQNA

Ayətullah Məkarim Şirazi Ali-Səudun cinayətlərindən danışıb

11:21 - June 01, 2015
Xəbər sayı: 3310014
Tehran(İQNA)- Tanınmış mərceyi-təqlid Ayətullah Məkarim Şirazi Səudiyyə rejiminin cinayətlərindən danışaraq bu rejimi sərt şəkildə qınayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Ayətullah Məkarim Şirazi bu barədə bildirib: “Bir həftə ərzində Səudiyyə Ərəbistanında şiələr əleyhinə 2 cinayət aktı baş verdi. Qətifdə yerləşən “İmam Əli (ə)” və Dəmamda yerləşən “İmam Hüseyn (ə)” məscidlərində.
 

Biz bu cinayətləri pisləyir və bir neçə sual ünvanlayırıq: Ərəbistan dövləti bu cinayətlərə razıdırmı? Razı deyilsə, niyə qarşısı alınmır? Niyə şiə məscidlərinin qorunması üçün məmurlar təyin etmir? Niyə sakinlərə bu qədər laqeyd yanaşırlar? Yalnız Yəməni viran etməyəmi gücləri çatır? Deyirlər Səudiyyə Ərəbistanı dövləti və Hicaz müftiləri bu cinayətləri pisləyib. Elədirsə, bəs niyə hələ də dərslik kitablarında şiənin kafir olduğu qeyd olunur?
 

Niyə bu məsələlərin kökü qurumur? Niyə öz əməlləri ilə islamın adının ləkələnməsinə icazə verirlər? Digər tərəfdən məlum oldu ki, İŞİD bu cinayətləri öz üzərinə götürüb. Bunlar şücaət deyil, acizlikdir ki, məsciddə xəbərsiz olaraq insanları qana bulayırlar. BMT-nin baş katibi yuxudadırmı? İranda bir casus həbs olunduğu zaman səslərini kəsmək olmur, lakin bu cinayətlər müqabilidə soyuqqanlıdılar. Ümüd edirik ki, Allahın köməyi və xalqın dəstəyi ilə bu canilərin kökləri quruyacaq və məhəbbətli, təhlükəsiz həyat sürməyə şərait yaranacaqdır”.

captcha