IQNA

Kərbəlalılar "müntəzir"ləri qarşılamağa hazırdır

23:52 - June 01, 2015
Xəbər sayı: 3310281
İctimai şöbə: Kərbəla şəhərinin əhalisinin əksəriyyəti öz şəxsi xərcləri hesabına bu müqəddəs şəhəri İmam Mehdinin (ə.f) doğum günü, Şəban ayının 15-də İmam Hüseynə (ə) zəvvar olacaq "müntəzir"lər karivanı üçün hazırlayırlar.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kərbəla şəhərinin əhalisinin əksəriyyəti öz şəxsi xərcləri hesabına yolboyunca çadırlar quraraq və qulluqçu heyətlər və dəstələr düzəldərək bu müqəddəs şəhəri İmam Mehdinin (ə.f) doğum günü, Şəban ayının 15-də İmam Hüseynə (ə) zəvvar olacaq "müntəzir"lər karivanı üçün hazırlayırlar. Onlar İmam Hüseynin (ə) müqəddəs məzarına çıxan bütün xiyabanlarda Şəban ayının 15-də gələcək zəvvarlara qulluq etmək üçün tam hazır vəziyyətdədirlər. Hal-hazırda da Kərbəla şəhərinin bütün xiyabanlarında hazırlıq işlədir gedir, Kərbəlalılar eşqlə "müntəzir"lərin yolunu gözləyirlər.



Şəban ayının 15-də, İmam Mehdinin doğum günündə də İraqın müxtəlif şəhərlərindən zəvvarlar piyada karvanlar şəkilində İmam Hüseyni (ə) ziyarət edirlər ki, Şəban bayramını burada qeyd etsinlər. Onların bu mübarək ziyarət vasitəsilə bütün müsəlmanlara bu mesajı verirlər ki, "yaşıl gələcəyimiz qımızı keçmişimizə söykənərir!".



Bu günlər və gecələr də sərvəti və imkanı olmayan insanlar belə özünün bütün varlığı ilə karvanlara xidmət etmək üçün yollardakı heyətlərə qoşulublar.










Teqlər: kərbəla ، şəban ، karvan ، müntəzir
captcha