IQNA

BƏƏ-də 120 ölkənin iştirakı ilə Quran yarışları keçiriləcək

23:53 - June 07, 2015
Xəbər sayı: 3311893
Beynəlxalq şöbə: BƏƏ-nin "Dubay mükafatı beynəlxalq Quran-Kərim yarışları"nın 19-cu turu 120 ölkənin iştirakı ilə mübarək Ramazan ayının birindən 20-dək keçiriləcəkdir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ziyad əz-Zeyn "iqna"nın müxbiri ilə müsahibəsində deyib: BƏƏ-nin "Dubay mükafatı beynəlxalq Quran-Kərim yarışları"nın 19-cu turu 120 ölkənin iştirakı ilə mübarək Ramazan ayının birindən 20-dək keçiriləcəkdir. Dəvətnamə göndərilən 120-ölkədən indiyədək 80 ölkə yarışlara qatılacağı barədə razılıq cavabı gəlib.



Bu yarışlar Dubayın böyük "Sənət və Ticarət konfransı salonu"nda keçiriləcəkdir. Burada məskunlaşdırma, tədqiqatçılar, informasiya, nəqliyyat servisi və toplantılar heyəti kimi xidmət qrupları yaradılacaqdır.



BƏƏ-nin "Dubay mükafatı beynəlxalq Quran-Kərim yarışları"nın 19-cu turunun keçirilməsi komitəsinin katibi dedi: Yarışda iştirak edən bütün Quran fəallarına nağd mükafatlar veriləcək. Yarışların qaliblərinə mükafatın miqdarı,sıra ilə 250 min BƏƏ dirhəmi, 200 min və 150 min dirhəm, 1, 2 və 3-cü yerin sahibləri üçün nəzərdə tutulmuşdur. Həmçinin 4-cü yerdən 10-cu yerin sahibləri üçün ümumilikdə 350 min dirhəm pul ayrılmışdır. 11-ci yerdən başlayaraq bütün iştirakçılar üçün ümumilikdə 2 milyon nağd pul tədarük görülmüşdür.



Yarışlara heç bir xarici KİV nümayəndəsi olunmayacaq və təkcə milli KİV-lər bu yarışları işıqlandıra biləcəklər. 3310868





Bu yarışlarda İran İslam Respublikasından yeniyetmə Quran-Kərim hafizi Məhəmmədhüseyn Behzadfər iştirak edəcəkdir. O, mübarək Ramazan ayının 6-da bu yarışlara ezam olunacaqdır.



Məhəmmədhüseyn Behzadfər 1379-cü günəş ilində Tehranda anadan olub. İran milli Quran yarışlarının 36-cı turunun Quranın hifzi üzrə birinci yer qalibidir. Buna görə də bu yarışlara o göndəriləcəkdir. O indiyədək Banqladeş, Suriya, İraq, Livan, Əfqanıstan və Ərəbistanda müxtəlif Quran proqramlarında iştirak etmişdir.



3311603

Teqlər: dubay ، bƏƏ ، quran ، yarış ، hifz ، qiraət
captcha