IQNA

İŞİD alovunun regionda qızışdırılmasında ABŞ "topa gülləqoyanlıq edir"!

10:10 - June 23, 2015
Xəbər sayı: 3317636
Beynəlxalq şöbə: Siyasi mütəxəssislərin rəyinə görə Amerikanın müxtəlif regionlarda hərbi hücumları terrorizmin əsas amilidir. Və ABŞ-ın regiondakı siyasətləri məntəqədə İŞİD alovunun və terrorizmin güclənməsinə zəmin yaradır. Necə deyərlər, ABŞ terrorizm məsələsində "topa gülləqoyanlıq edir"!


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Pakistandan İİR-nın Mədəniyyət Evi ümumi əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə İŞİD-in terrorist fəaliyyətlərinin sahəsi İraq, Suriya, Əfqanistan, Liviya və digər Afrika ölkələrini əhatə edir. Siyasi mütəxəssislərin rəyinə görə Əfqanistan  və Pakistan sərhədləri terroristlərin əsas qərargahıdır. Amerikanın müxtəlif regionlarda hərbi hücumları terrorizmin əsas amilidir. Çünki bu hücumlarda minlərlə günahsız körpə və qadınlar qətliam edilir. Bu da insanların intiqam hissini gücləndirir və terrorist qruplaşmalara qoşulmalarına səbəb olur.



Bir tərəfdən deyirlər ki, ABŞ terroristlərin qərargahlarına hücumlar edir, digər tərəfdən isə İŞİD-in hücumları genişmiqyaslı şəkildə hələ də davam edir. Bu isə göstərir ki, ABŞ-ın regiondakı siyasətləri məntəqədə İŞİD alovunun və terrorizmin güclənməsinə zəmin yaradır. Necə deyərlər, ABŞ terrorizm məsələsində "topa gülləqoyanlıq edir"!



Nəbil Nəim – "əl-Qiadə" terrorist təşkilatının keçmiş başçılarından biri və Misrdə "əl-Cihad" terror qrupunun yaradıcısı, deyir: Amerika "əl-Qaidə"ni zəiflətmək üçün İŞİD-i yaratdı.



Məhəmməd Əlbəsir – İraqın siyasi icmalçısı, deyir: İrqçi yəhudilər İŞİD-i yaradıblar.



Bəzi siyasətçilər deyirlər ki, əgər ABŞ birbaşa İŞİD-in yaradıcısı deyilsə də, regionda elə bir vəziyyət yaradıb ki, bu vəziyyətdən ancaq İŞİD kimi terrorist təşkilatlar doğa bilər.



İŞİD bütün dünyadan fiziki qüvvə toplayır. Avropa Birliyinin verdiyi hesabata görə minlərlə qız Türkiyə vasitəsilə Suriya və İraqa gedir və İŞİD-ə qoşulur.



Təccüblü burasıdır ki, məzhəbdən heç bir anlayışı olmayan Avropa cavanları necə olur ki, bu cür kütləvi şəkildə CİHAD-a cəlb və cəzb olunurlar!?



Hesabatlara əsasən İŞİD və digər terrorist qruplaşmalar təkcə terror deyil, indi əsas beynəlxalq qaçaqçılıqları da, o cümlədən narkotika, insan alveri, cinsi istismar və neft alveri həyata keçirirlər. Bundan gələn gəlirlər isə dünyanın hər yerindən cavanların bu qruplaşmalara qoşulması üçün xərclənir.



3317219    

Teqlər: abş ، İraq ، suriya ، İŞİd ، terror
captcha