IQNA

İranın iştirakı ilə;
19:40 - July 11, 2015
Xəbər sayı: 3326768
Beynəlxalq şöbə: Bu gün, 11 İyun 2015 – ci il, Moskva İslam Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə Rusiya tarixində ilk dəfə keçiriləcək beynəlxalq Quran – Kərim festivalı öz işinə start verəcək.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "news.az" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün, 11 İyun 2015 – ci il, Moskva İslam Mədəniyyəti Mərkəzinin təşəbbüsü və İran İslam Respublikasının iştirakı ilə Rusiya tarixində ilk dəfə keçiriləcək beynəlxalq Quran – Kərim festivalı öz işinə start verəcək.



Təbliğ, təlim, mədəniyyət və incəsənət mövzuları əsasında təşkil olunmuş bu festivalda Quranla bağlı incəsənət əsərləri, Quran ətrafında yazılmış əsərlər, Quran mövzuları üzərindən hazırlanmış film və animasiyonlar, Qurana dair söhbət proqramları bu festivalda keçiriləcək əsas proqramlar olacaqdır.



Festivalın keçirilməsinin əsas hədəfi isə Quran – Kərim mədəniyyətinin yayılması və insanların bu səmavi mesajla daha yaxından tanış olmasıdır.



İran İslam Respublikasının Moskvadakı Mədəniyyət Əlaqələri idarəsi bu festivalın keçirilməsində yaxından həmkarlıq edir və Rövşən Abyazovun – Rusiya Müsəlmanlar Şurasının rəisi, dediyinə görə bu festival Moskva İslam Mədəniyyəti Mərkəzində bir həftə davam edəcəkdir.



Azərbaycan, İran, Qırğızıstan, Qazağıstan, Tacikistan, Türkiyə və Hindistan və başqa ölkələrin iştirakı ilə keçirilən bu festivalda bu ölkələrin alimləri, incəsənət adamları və Quran mütərcimləri iştirak edirlər.



Festivalda Rusiya, İran və digər ölkələrin dini və Qurani təcrübələri sərgiyə qoyulacaq və dini müəssisələr bu vasitə ilə Quran fəaliyyətlərini artırmağa təşviq olunacaqlar.



Qeyd edək ki, bu festivalın keçirilməsində Moskva İslam Mədəniyyət Mərkəzi, Cameətul-Mustafa əl – Aləmiyyi beynəlxalq dini elmlər akademiyası, Moskvanın İslami Tədqiqatlar müəssisəsi və Tatarıstanın Dini İşlər İdarəsi yaxından iştirak edirlər.



Həmçinin qeyd edək ki, 150 milyonluq Rusiya əhalisinin 20 milyon nəfərini müsəlmanlar təşkil edir ki, əsasən Qafqaz regionunda yaşayırlar. 3326401          

Teqlər: quran ، moskva ، rusiya ، festival ، iran
Ad:
E-poçt:
* Comment:
* captcha: