IQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl – mənar" peyk TV kanalının informasiya portalına istinadən verdiyi xəbərə görə, dünən işğal olunmuş ərazilərdə qəsəbə sakinləri olan irqçi sionist yəhudilər bir fələstinli ailənin evinə hücum edərək evi yandırmışlar. Hadisə zamanı evdə olan 18 aylıq südəmər körpə Əli Dəvabişə şəhid olmuş və onun 4 yaşlı qardaşı və digər ailə üzvləri ağır yaralanmışdır. Bu hadisə beynəlxalq ictimaiyyətin nifrət və qəzəbini doğurmuşdur.
Livanın Hizbullah Hərəkatı bəyaniyyə yayaraq bu hücumu kəskin şəkildə məhkum edərək deyib: İşğal olunmuş ərazilərdə qəsəbə sakinləri olan irqçi sionist yəhudilərin bu vəşhi cinayəti terrorizmin aşkar nümunəsidir. Buna görə də millətlər sionizmlə mübarizə üçün hərəkətə keçməlidirlər.
Müxtəlif ölkələrin beynəlxalq və ictimai təşkilatları, o cümlədən BMT, Rusiya Xarici İşlər Nazirliyi, Avropa Birliyi, İordaniya və Fələstin Müqavimət dəstələri bəyaniyyə yayaraq 18 aylıq südəmər körpənin diri-diri yandırılmasını şiddətlə təndiq etmiş və kəskin şəkildə məhkum etmişlər. Onlar cinayəti törədənlərin tez bir zamanda həbs olunaraq cəzalandırılmalarını tələb ediblər. Bəyaniyyələrdə vurğulanıb ki, İsrail rejimi bu cür irqçi addımların atılmasına yol verməməli, zorakılığın qarşısını almalı və qanunları mütləq şəkildə icra etməlidir, Fələstin millətinin hüquqları bərpa olunmalıdır.
Fələstin Müqavimət dəstələri isə mesaj veriblər ki, biz artıq sözdə tənqid və məhkum etməyi qəbul etmirik və bu cinayətin törədən vəhşilərin cavabı müqavimət tərəfindən veriləcəkdir.