Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)’nın İslam.az-a istinadla verdiyi xəbərə görə, dünya şöhrətli yazıçı Paolo Koelyo bu günlərdə bütün İslam dünyasını sevindirən addımı ilə gündəmə gəlib. Milyonlarla izləyicisi olan "Facebook" səhifəsində Qurani-Kərim şəkli paylaşan Koelyo üzərində "Dünyanı dəyişən Kitab" qeydini edib.
Bundan sonra bəzi ateistlər həmin statusun altında Qurani Kərimlə bağlı nalayiq ifadələr yazır. Koelyo bu yazılanlara elə həmin statusun altında cavab verib və bu iddiaların cəfəngiyyat oldunu bəyan edib. Dünya şöhrətli yazıçı zorakılğın dinlərin deyil, dini istismar edənlərin probleminin olduğunu bildirib.