IQNA

Ali Məqamlı Rəhbər "müdafiə həftəsi" münasibətilə:

Zamanın ötməsi şəhidlərin xatirəsini yadlardan silə bilməyib və bilməyəcək də!

21:36 - September 24, 2015
Xəbər sayı: 3367074
Siyasi şöbə: İslam İnqilabının Rəhbəri və Müsəlmanların Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei İran İslam Respublikasının "müdafiə həftəsi" və şəhid və qazilərin xatirəsinin əziz tutulması günü münasibətilə vurğuladı: İslam mədəniyyətində şəhid və şəhidlik həyat və parlaqlığın təzahürü və təcəssümü sayılır və zamanın ötməsi şəhidlərin işıqlı adı və xatirəsini yadlardan silə bilməyib və bilməyəcək də!


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam İnqilabının Rəhbəri və Müsəlmanların Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin dəftərxanasının rəsmi informasiya portalına istinadla verdiyi xəbərə görə, İslam İnqilabının Rəhbəri və Müsəlmanların Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei bu gün səhər, həfətnin çərşənbəaxşamı gün, 24/09/2015-ci il tarixində İran İslam Respublikasının "müdafiə həftəsi" və şəhid və qazilərin xatirəsinin əziz tutulması günü münasibətilə ünvanladığı ismarıcda vurğuladı: "İslam mədəniyyətində şəhid və şəhidlik həyat və parlaqlığın təzahürü və təcəssümü sayılır və zamanın ötməsi şəhidlərin işıqlı adı və xatirəsini yadlardan silə bilməyib və bilməyəcək də!"



Qeyd edək ki, 22 sentyabr İraqın Bəs rejiminin İran İslam Respublikasına elan olunmamış müharibəsinin başlanmasının ildönümünə təsadüf edir. İran təqvimində bu gündən etibarən "Müqəddəs Müdafiə Həftəsi" başlanır.



İranda şəhidlərin məzarlarının təmizlənməsi və güllə bəzədilməsi mərasimi ilə yanaşı İslam İnqilabının Böyük Rəhbəri "Müqəddəs Müdafiə Həftəsi" və şəhidlər, qazilərin və fədakarların alqışlanması münasibəti ilə müraciət verərək bildiriblər:



"Zamanın ötməsi şəhidlərin işıqlı adı və xatirəsini yadlardan silə bilməyib və bilməyəcək də, İnşaallah!



İslam mədəniyyətində şəhid və şəhidlik həyat və parlaqlığın təzahürü və təcəssümü sayılır.



Biz bu böyük və əbədi məsələ ilə əlaqə yaradaraq özümüz, ictimaiyyətimiz və ölkəmiz üçün başıucalığı və əbədiliyi əldə etməliyik.



Müqəddəs Müdafiə Həftəsinin bir günün şəhidlər və fədakarlar adı ilə adlandırılması bu yolda borcu yerinə yetirməkdir.



Allahın salamı olsun şəhidlərin pak ruhlarına və onların səbirli ailələrinə!"



Seyyid Əli Xamenei



2 mehr 1394



3367017



 

Teqlər: müdafiə ، həftə ، rəhbər ، inqilab
captcha