IQNA

Putin:

"İslam Rusiya həyat tərzinin ayrılmaz hissəsidir"

17:03 - September 25, 2015
Xəbər sayı: 3369314
Tehran(İQNA) - Rusiya prezidenti Vladimir Putin, "Bu gün İslam ölkəmizin həyat tərzinin ayrılmaz hissəsidir" deyib.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslam.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Moskvada məscidin açılış mərasimində bildirib.

Onun sözlərinə görə, Rusiyada əsrlər boyu tərəqqipərvər islam ənənələri inkişaf edib: "Bu gün İslam ölkəmizin həyat tərzinin ayrılmaz hissəsidir".

Putin Rusiyada sülh və əminamanlığın təşviqində dini liderlərin rolunu və onların dini ekstremizmə qarşı mübarizəsini də qeyd edib: "Hazırda İslamı təhrif edən İŞİD silahlı qruplaşması Rusiyada öz sıralarına tərəfdaşlar cəlb etməyə çalışdığı bir şəraitdə İslam fundamentalizminə qarşı mübarizə xüsusi önəm daşıyır".

Teqlər: İslam ، rusiya ، ayrılmaz ، hissə
captcha