İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Mədəniyyət, Əlaqələr və Təbliğat Təşkilatının rəsmi informasiya portalına istinadla verdiyi xəbərə görə, Sabah, həftənin 1-ci günü, 05/10/2015-ci il tarixində, Vyanada bu şəhərinin İlahiyyat Universiteti və İslami Mədəniyyət, Əlaqələr və Təbliğat Təşkilatının həmkarlığı sayəsində İslami Mədəniyyət və Təbliğat idarəsi ilə Avstriyanın Katolik Kilsəsi arasında 3 gün müddətində keçiriləcək dini dialoq baş tutacaqdır. Bu görüş iki təşkilat arasında keçirilən 6-cı dialoq olacaqdır. Dialoqda "İslam və Məsihiliyin insan məqamının yüksəlməsində, azadlıq və ədalətin öz yerini tapmasında həmkarlığı" mövzusu müzakirə ediləcəkdir.
Bu dialoqda Höccətul-İslam vəl-müslimin Əbdülhüseyn Xosrovpənah – İranın Fəlsəfə və Hikmət tədqiqatlar müəssisəsinin rəisi, Əli Məhəmməd Helmi - İslami Mədəniyyət, Əlaqələr və Təbliğat Təşkilatının "mədəniyyətlər və dinlərin dialoqu" mərkəzinin rəisi, Höccətul-İslam vəl-müslimin Mürtəza Vaiz Cəvadi Amoli – Merac Vəhyani Elmlər tədqiqat müəssisəsinin rəisi və Hüseyn Mirməhəmməd Sadiqi – Şəhid Behişti universitetinin "insan hüquqları kürsüsü"nün rəisi iştirak edəcəklər.
Müsəlman və məsihi mütəfəkkirlər arasında baş tutacaq bu dialoqda "insan azadlığı səmavi kitablarda", "insan azadlığının cahanşümul olmasının qarşısını alan problemlər" və "dini cəmiyyətin Avstriyada yeri" kimi mövzular müzakirə olunacaqdır. Sonda isə çıxışlar və məqalələr Alman və Fars dillərində çap ediləcəkdir.