IQNA

Muhəmməd Rəsulullah (s) filmi / 3 milyon dollarlıq satış

12:15 - October 12, 2015
Xəbər sayı: 3384491
Tehran(İQNA) - “Muhəmməd Rəsulullah (s)” filmi 3 milyon dollarlıq satış rekordu əldə edib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) maide.az-a istinadla xəbər verir ki, “Muhəmməd Rəsulullah (s)” kinofilmini istehsal edən “Nurtaban” Şirkətinin direktoru deyib: Bu film 9.700.000.000 tümənlik (3 milyon dollar) satış həcmini keçib və növbəti iki gün ərzində 10 milyardlıq satış rekordunu qırması gözlənilir.

Maide.az xəbər verir ki, bunu “Muhəmməd Rəsulullah (s)” kinofilminin istehsalçısı olan “Nurtaban” Şirkətinin direktoru Mohəmmədrza Saberi bildirib.

O qeyd edib ki, “Muhəmməd Rəsulullah (s)” filminin premyerası gələn həftədən Türkiyənin müxtəlif şəhərlərində başlayır və ümid edir ki, qlobal səviyyədə yüksək qarşılanacaq.

Teqlər: Muhamməd ، Rəsulullah ، 3 ، milyon ، dolarlıq ، satış
captcha