Şəmkir sakinlərindən daxil olan məlumata görə, artıq məsələ həllini tapıb. Şəmkir inanclılarına bildirilib ki, cümə namazını bundan sonra qıla bilərsiniz, bu sizin təbii haqqınızdır.
Qeyd edək ki, ötən dörd həftə ərzində cümə namazının qadağan edilməsinin səbəbi isə hamıya müəmma olaraq qalır. Şəmkir inanclıları rəsmilərin onlara dedikləri “Cümə namazına seçkiyə görə qadağa qoyulub, seçkidən sonra icazə veriləcək” sözlərinin səmimiyyətinə isə inanmırlar.
İslamazeri.az